K

Köçərli Firidun bəy (Köçərlinski)

Görkəmli Azərbaycan pedaqoqu, ədəbiyyatşünas və publisist. 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. Şuşadakı rus məktəbini bitirib. 1879-1885-ci illər ərzində Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alıb. Sonradan həmin məktəbdə dərs deyib. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunub. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında yaradılmış Qazax Müəllimlər Seminariyasında müdir işləyib. 1920-ci ildə Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən həbs olunaraq güllələnib.