Ş

Şimal Buzlu Okeanı

Avrasiya və Şimali Amerika materikləri arasında yerləşən okean
Sahəsi 14,75 milyon kvadrat kilometr, orta dərinliyi 1225 metr, ən dərin yeri isə 5527 metrdir (Qrenlandiya dənizi).
Sularında fitoplankton, balıq və dəniz məməliləri yaşayır.
Ərazisindən Norveç və Şərqi Qrenlandiya cərəyanları keçir.
Əlavə məlumat: Şimal Buzlu Okeanı digər okeanlarla müqayisədə  az tədqiq olunub. Qışda onun sahəsi demək olar ki, tamamilə üzən buzlar, həmçinin 6 il və ya daha artıq müddət ərzində üzən aysberqlərlə örtülür.