H

Hind-Çin yarımadası

Asiyanın cənub-şərqində yerləşən yarımada
 
Yarımadanın şimal sərhədi şərti olaraq Brahmaputra və Honqxa çaylarının deltasından keçir. Sahəsi 2 milyon kvadrat kilometrdir.
Hind-Çin yarımadasının sahili Hind və Sakit okeanın suları ilə yuyulur.
Relyefi: Arakan dağları, Tannentaundzi silsiləsi, Çıonqşon, Şan dağları, Korat yaylası, İravad düzənliyi, Menam ovalığı.
İqlimi: subekvatorial, ekvatorial.
Su ehtiyatları: Mekonq, İravadi, Saluin və Honqxa çayları, Tonlesap gölü.
Ərazisində yerləşən dövlətlər: Myanma, Vyetnam, Laos, Tailand, Kamboca, qismən Çin, Banqladeş və Malayziya.
Əlavə informasiya: yarımadanın təbii bitki örtüyü yalnız dağlıq ərazilərdə saxlanılıb, düzənliklər sıx şəkildə məskunlaşıb, sahilyanı manqra meşələri yüksək deqradasiyaya məruz qalıb. Hind-Çin yarımadasında qalay, volfram, daş kömür, qiymətli və yarımqiymətli daşlar çıxarılaraq emal edilir.