Ə

Ərəfat dağı

Məkkənin 21 kilometr cənub şərqində, Harəm sərhədləri xaricində yerləşir. Dəniz səviyyəsindən 454 metr hündürlükdədir.
 
Bu dağ din tarixində Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer kimi göstərilir.
Həcc ziyarətinin əsas ayinlərindən birinin icra olunduğu yerdir. Ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər ayaq üstə qaldıqdan sonra Mina dağında “Şeytanı daşlama” ayinini yerinə yetirirlər.