Ə

Əfqanıstan İslam Respublikası

Əfqanıstan İslam Respublikası
 
Da Afġānistān Islāmī Jomhoriyat
 

 

Coğrafi mövqeyi – Asiyada dövlət. Orta Asiyada yerləşməsinə baxmayaraq etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi kimi göstərilir.
 
Sahəsi – 652,2 min kvadrat kilometrdir.
 
Əhalisi – 33,397 milyon nəfərdir (2012).
 
Paytaxtı – Kabil şəhəridir.
 
Rəsmi dili – Puştu və dari dilləridir.
 
Ərazi bölgüsü – 34 vilayətə, onlar da öz növbəsində rayonlara bölünür.
 
Sərhədləri – Qərbdə İran İslam Respublikası, şərqdə və cənubda Pakistan İslam respublikası, şimalda Türkmənistan, Özbəkistan, Tacikistan Respublikaları və şimal-şərqdə Çin Xalq Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur.
 
Pul vahidi – 1 Afqani =100 pul.
 
Dövlət başçısı – Əfqanıstan İslam Respublikasının Prezidentidir.
 
Dövlət quruluşu – İslam respublikasıdır.