M

Mərcanlar

Qarınayaqlılar tipinin nümayəndəsi olan mərcanlar qeyri-adi dəniz heyvanıdır.
 
Onlar Yer üzündə milyonlarla il ərzində yaşayan ən qədim çoxhüceyrəli orqanizmlərdən biridir.
 
Dünyada 5 min mərcan növü mövcuddur. Onlar koloniyalar halında və pərakəndə şəkildə dayaz sularda və dərində, tropik və sərt arktik sularda yaşayır.
 
Mərcanlar adalar yaradır və Dünya okeanının bioloji müxtəlifliyinin 25 faizi üçün sığınacaq rolunu oynayır. Bu maraqlı adalar özünəməxsus həyat və bitki örtüyünə malikdir. Burada hətta kaktuslara və hündür kolluqlara da rast gəlmək olar.
 
Cənub dənizlərinin dayaz və isti sularında yaşayan mərcanlar özlərini istixanadakı kimi hiss edirlər. Buna görə də, bu mərcan koloniyalarında müxtəlif növ dəniz canlıları ilə rastlaşmaq olar.
 
Mərcanlar tərəfindən yaradılan ən möhtəşəm “qurğu” Avstraliyanın şimal-şərq sahilləri yaxınlığında 2 min kilometr uzanan Böyük Sədd rifidir.