K

Koka-Kola

Koka-Kola (Coca-Cola)  “The Coca-Cola Company” şirkətinin istehsalı olan qazlaşdırılmış alkoqolsuz içkidir. 
 
Koka-Kola içkisi 1886-cı ildə ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) əczaçı Con Stit tərəfindən icad edilib. 
 
İçki “sinir sistemi pozğunluqları”na qarşı dərman vasitəsi kimi patentləşdirilib və Atlanta şəhərinin ən böyük aptekində -  Ceykobun aptekində avtomat vasitəsilə satılıb. 
Koka-Kola 1894-cü ildən şüşə qablarda satılır.
 
1902-ci ildə Koka-Kola 120 min dollar dövriyyə ilə ABŞ-da ən məşhur içkiyə çevrilib. 
 
Koka-Kola dünyada ən bahalı brend sayılıb. Hazırda bu içki dünyanın 200-dən çox ölkəsində satılır.