Xəbərlər | “Yay əyləncəsi” adlı uşaq moda müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Bakı, 11 iyul, AZƏRTAC
 
İyulun 9-da “Boulevard” otelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Yay əyləncəsi” adlı  uşaq moda müsabiqəsinin (Kids Fashion Show) qaliblərinin adları açıqlanıb. Müsabiqə 4-14 yaş arasında uşaqları əhatə edib. Tədbirdə 70 model və 25 modelyer iştirak edib.
 
Qızlar arasında model Amira Səfərova, oğlanlar arasında Uğur Əlizadə I yerə çıxıblar. Nur Paşazadə və Murad İsmayıl II yerə, Nigar Zamanova və Raul Abbasov III yerə layiq görülüblər.
 
Tədbirin layihə rəhbəri "Star Kids Group” MMC-nin direktoru Aygün Əliyevadır.
 
Məlumat üçün qeyd edək ki, "Star Kids Group” şirkətinin təşkilatçılığı ilə hər ay müxtəlif müsabiqələr keçirilir.