Xəbərlər

“Çəkməli pişik” Opera və Balet Teatrının səhnəsində

Bakı, 8 noyabr, AZƏRTAC


Noyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Leonid Vaynşteynin “Çəkməli pişik” operası nümayiş etdiriləcək. İkipərdəli operanın librettosunu Leonid Vaynşteyn fransız yazıçısı Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında yazıb. Səhnə əsəri saat 14:00-da göstəriləcək. 


Şarl Perronun XVII əsrdə qələmə aldığı nağılın qəhrəmanı bu gün də uşaqların sevimlisidir. Təsadüfi deyil ki, nağılın motivləri əsasında opera ilə yanaşı, bədii film və cizgi filmləri də çəkilib.

 

Əsər tamaşaçıda insanın zahiri görkəminə görə onun bacarığı və imkanları barədə mühakimə yürütməmək, həmçinin qarşıya qoyulan məqsədə çatmaq üçün ruhdan düşməmək, var qüvvə ilə çalışmaq fikirlərini aşılayır.