Xəbərlər

Uşaqlar üçün qumla rəsm çəkmə üzrə dərs təşkil olunacaq

Bakı, 10 mart, AZƏRTAC 


Martın 11-də “SandLand Azerbaijan” studiyası uşaqlar üçün qumla rəsm çəkmə üzrə ustad dərsi keçirəcək. 


AZƏRTAC xəbər verir ki, dərs altı yaş və daha böyük uşaqlar üçün nəzərdə tutulub. Qumla rəsm çəkmə uşağın emosional vəziyyətinə müsbət təsir göstərir, yaradıcılıq potensialını açır.

 

Qeyd edək ki, dərs saat 15:00-da başlayacaq və bir saat davam edəcək.