Görkəmli şəxsiyyətlər

Yohanna Spiri

Yohanna Spiri (1827-1901) sevilən İsveçrə yazıçısıdır. Yohanna 1852-ci ildə Bernhard Spiri adlı vəkil ilə evlənib. Sürixdə yaşayarkən İsveçrədəki həyat haqqında əsərlər yazmağa başlayıb. Yazıçılığa başlamamışdan qabaq adi evdar xanım olub. İlk kitabı "Vroninin Məzarı üzərindəki yarpaq” və “Heydi" olub. Yayda vaxtının çoxunu Çur, Qrabündün kimi yerlərdə keçirmiş Yohanna, kitablarında da bu yerləri daxil etmişdir.


1884-cü il Yohanna üçün ən ağır il oldu, çünki həm həyat yoldaşı, həm də tək oğlu Bernhard vəfat etdilər. 1901-ci ilin 7 iyulunda isə özü vəfat etdi. 2007-ci ildə onun 125 illiyi münasibəti ilə İsveçrədə xatirə sikkələri buraxılmışdır. 


Onun ən məşhur əsəri "Heydi" uşaq romanıdır. Heydi adlı 8 yaşlı yetim qızcığaz xalası ilə birgə qalır. Xalası işə düzələndən sonra onu Alp dağlarına, babasının yanına gətirir. Əvvəllər baba nəvənin gəlişindən məmnun olmasa da, sonralar balaca qızcığaz onun ürəyini yumşaldır. 3 ildən sonra xala Heydini Frankfurta, əlil Klara Seseman adlı 11 yaşlı bir qızın yanına gətirir. Lakin çox keçmədən Heydi yenidən babasının yanına geri dönür. 


Heydi və Klara bir-birnə məktub yazırlar. Klara bir il yayı Heydinin yanına gəlir və burada gözəl bir tətil keçirir. Keçi südü, təmiz hava Klaraya yaxşı təsir göstərir.
Bİr dəfə əlil arabasının dağdan aşdığını görən Klara həyəcanlanır və möcüzə baş verir. O, artıq yeriyə bilir. Varlı Klaranın ailəsi Heydiyə babasına bir şey olarsa onu hər cür təmin etməyə söz verir.

 

Bu əsər üzərinə müxtəlif dillərdə film və cizgifilmləri çəkilmişdir.