Təbiət

Uzun boylu şərq tısbağası

Uzun boylu şərq tısbağası, Avstraliyanın şərqində yaşayan qəribə bir tısbağa növüdür. Başları ilana bənzədiyinə görə ilan boyunlu tısbağaların bir növü hesab edilir. Bu növə Adelaidenin (Cənubi Avstraliya) şərqində, Viktoriya və Yeni Cənubi Uels boyunca, şimaldan Kvinsləndin Fitzroy çayına qədər olan ərazilərdə rast gəlinir. 

 

Həmçinin onlara yan boyunlu tısbağa da deyilir. Digər tısbağalar başlarını qının içinə doğru çəkirlər. Ancaq bu tısbağaların boynu uzun olduğundan yana doğru əyirlər. Bu tısbağaların qını əsasən qara rəngdə olur. Amma bəzən qəhvəyi rənginə də rast gəlinir. Qının ucları qara, altı isə sarımtıl rəngdə olur. 

 

Bu tısbağaların boynu uzun və dar olur. Boynun uzunluğu qının uzunluğunun 60 faizini təşkil edir. Boyunlarının üzərində saysız bozumtul-qara qabarcıqlar olur. Aşağıya doğru getdikcə, krem rənginə çevrilir. Dişilər erkəklərlə müqayisədə böyüməyə meyllidir və daha yastı bədənləri olur. 

 

Qeydə alınmış ən böyük ölçüləri yaşadıqları ərazilərə görə dəyişir. Murray çayının ətraf ərazilərində dişilər 28.2 sm, erkəklər 24.9 sm, Latrob dərəsində dişilər 21.6, erkəklər 18.8 sm-dir. Uzun boylu şərq tısbağası ətyeyən heyvandır. Soxulcan, kiçik balıq, xərçəng, molyuskalarla qidalanır.

 

Yayın əvvəllərində dişilər sahilə 2-10 ədəd yumurta qoyur. İldə 1-3 dəfə yumurta qoyurlar. 3-5 ay sonra isə balalar yumurtadan çıxmağa başlayır.