YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ada

Ada hər tərəfdən su ilə əhatə olunmuş torpaq parçasıdır. Bəzi adalar kontinentdən uzaq düşmüş geniş ərazilərdən ibarətdir. Digər adalar isə dəniz səthinin üstünə çıxmış vulkanlardan ibarətdir. 


Mənşəyinə görə adalar üç qrupa bölünür:
Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yapon adaları, Madaqaskar, Şri-Lanka və s.


Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir.


Mərcan adaları. Bunlar mərcan poliplərinin sədəflərinin qalıqlarından, orta illik temperaturu 20 dərəcə C-dən yuxarı olan tropik sularda yaranan adalardır. Məsələn, Kuk, Fici, Karolina adaları və s. Ən iri mərcan adası Avstraliyanın şərqində yerləşən Böyük Sədd rifidir.


Qurunun 9,9 mln km²-i adalardır. Sahəsinə görə ən böyük adalar Qrenlandiya (2 176 km²), Yeni Qvineya (829 min km²), Kalimantan (734 min km²), Madaqaskar (590 min km²), Baffin torpağı (478 min km²) adalarıdır. Ən böyük ada olan Qrenlandiya ərazicə ən kiçik qitə olan Avstraliyadan cəmi üç dəfə kiçikdir.