YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Merkuri

Merkuri Günəş sisteminin Günəşə ən yaxın planetidir. Merkuri öz oxu ətrafında olduqca yavaş hərəkət edir. Onun tam dövrəsi 58 günə başa çatır. Buna görə də planetdə gecə və gündüzün növbələşməsi nadir hallarda baş verir. Amma Merkuri günəş ətrafında Yer kürəsi ilə müqayisədə üç dəfə sürətlə dövr edir. Odur ki, Merkuri planetində ilin uzunluğu Yer kürəsi ilə müqayisədə üç dəfə qısadır. Burada atmosfer çox seyrək olduğundan fəsil dəyişmələri baş vermir, külək əsmir. 
 
Temperaturun gündüzlər +400º, gecələr -180º Selsiyə çatdığı planetin səthi meteorit yağışı səbəbindən kələ-kötürdür. Ümumilikdə Merkurinin səthi Ayın səthini xatırladır. Hər ikisi qaranlıq və tamamilə qurudur. 
 
Günəşə ən yaxın planet olduğundan Merkuri Yerlə müqayisədə təxminən 10 dəfə çox enerji alır.
 
Fiziki xüsusiyyətlərinə görə də Merkuri Ayı xatırladır. Onun təbii peyki yoxdur. Planet maqnit qütblərinin mənbəyi hesab edilən nəhəng dəmir nüvəyə malikdir. Nüvə ümumi planetin 83 faizini təşkil edir.