YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Heminquey Ernest

Ernest Miller Heminquey 1899-cu ildə Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində həkim ailəsində dünyaya göz açıb.

 
Heminquey orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıхan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə gedə bilmişdi. ABŞ  Qırmızı Хaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak edib, ayağından yaralanıb. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunub. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəхsən müşahidə edib.
 
ABŞ-a qayıtdıqdan sonra Heminqueyə müharibə qəhrəmanı adı verilib. 
 
Parisdə ilk üç kitabını - şeirlər və qısa hekayələrini nəşr etdirib. Kitabların nəşri yazıçıya baha başa gəlsə də, oxucular tərəfindən sevilib. Heminqueyin ABŞ-da ilk kitabını nəşr edən “Scribner” şirkəti ilə yazıçı arasında bütün gələcək əsərlərini ilk nəşr etmək hüququ barədə uzunmüddətli müqavilə bağlanıb.
 
1926-cı ildə Heminqueyin “Günəş də çıxır” adlı ilk romanı işıq üzü görüb.
 
1929-cu ildə yazıçının “Əlvida, silah” romanı çıxıb və bu kitabdan sonra onun haqqında artıq məşhur yazıçı kimi danışılıb.
 
1937-ci ilin əvvəllərində yazıçı “Ya var, ya yox” adlı kitabını tamamlayıb. 
 
1952-ci ildə Heminqueyin “Qoca və dəniz” povesti nəşr olunub, yazıçı bu əsərə görə ədəbiyyat üzrə Nobel mükafatı alıb.
Yazıçının “Qoca və dəniz” povesti, “Əlvida, silah”, “Klimancaro qarları” və digər əsərləri Azərbaycan dilinə də tərcümə edilib.