Ağır atletika
Ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər.
Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir-bu, əzələ aparatının möhkəmləndirilməsi və ağciyərlərinin inkişafı üçün vacibdir.
23.04.2019