Amundsen Rual
Rual Amundsen (1872-1928) Norveç dəniz səyyahıdır. O, 1910-cu ildə Şimal qütbünə birinci olaraq çatmaq üçün səyahətə çıxır, amma amerikalı Robert Piari onu qabaqlayır.
Ruhdan düşməyən Amundsen Cənub qütbünə yola düşür və 1911-ci il dekabrın 14-də oraya çatır. Antarktidanı tədqiq edənlərdən biri olan Amundsen Cənub qütbünə çatan ilk insan olur. O, kapitan Skottun komandanlığı altında olan müvəffəqiyyətsiz ekspedisiyanı bir ay qabaqlayır. Onun şərəfinə olaraq Antarktida sahillərində Sakit okeanın bir hissəsi olan dəniz Amundsen dənizi, Kanada sahillərində yerləşən körfəz isə Amundsen körfəzi adlandırılmışdır.
22.05.2019