YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Göy qurşağı

İsti, bürkülü havadan sonra buludlar sıxlaşır və güclü yağış yağır. Yağış kəsildikdən sonra üfüq üzərində batmaqda olan Günəşin parıltısı görünür. Elə bu zaman uzaqlaşan tutqun bulud arxasından Yerə qədər uzanan nəhəng qövslər, yəni göy qurşağı yaranır. Göy qurşağı – daim bir-biri ilə əvəz olunan yeddi saf rəngdən (qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi) ibarətdir. Göy qurşağı nədir? Niyə havada belə möcüzələr yaranır?


Buna səbəb isə zahirən ağ görünən, əslində isə yeddi rəngdən ibarət olan Günəş işığıdır. 


Günəşin şüaları havadan keçdikdə biz onu ağ işıq kimi görürük. Bu şüaların qarşısına yağış damcısı çıxır. Damcı isə öz formasına görə həndəsi fiqur olan prizmaya yaxındır. Günəş şüaları şüşə prizmadan və ya damcıdan keçdikdə onun tərkibindəki şüalar müxtəlif bucaqlar altında yayılır. Ən az dönən şüalar qırmızı, ən çox dönənləri isə bənövşəyi şüalardır. Ağ şüa ayrı-ayrı şüalara parçalanır, prizmanın arxasında divarda gözəl əlvan ləkə, səmada isə göy qurşağı əmələ gəlir.


Göy qurşağının əyilmiş zolağının xarici səthi, adətən qırmızı olur, daxili tərəfə keçdikcə spektrin digər rəngləri, o cümlədən göy və bənövşəyi rənglər gəlir.