YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Gündüz yırtıcı quşları

Vəhşi quşlar hələ qədim zamanlardan öz gözəlliyi, gücü və əzəməti ilə insanların diqqətini cəlb edib. Qartalı quşların şahı adlandırırlar və təsadüfi deyil ki, onu çox vaxt dövlətlərin gerbində təsvir edirlər. Gündüz vəhşi quşları, şahinkimilər də adlandırılıb, xüsusi dəstə təşkil edirlər. Bu quşların müxtəlifliyinə baxmayaraq (təxminən 290 növdür), onlar zahiri görünüşləri ilə bir çox ümumi xüsusiyyətə malikdirlər: əyilmiş qarmağaoxşar dimdiyi, yekə caynaqlı nəhəng pəncələri, solğun sıx lələkləri vardır.


İnsanlar qədim zamanlardan bu lələkli yırtıcıların ovçuluq xüsusiyyətlərindən öz maraqları üçün istifadə ediblər. Arxeoloji qazıntılar göstərir ki, Britaniya adalarında yırtıcı quşlarla hələ tunc dövründən ov edirmişlər. Kiyev Rusiyasında isə hələ X əsrdə bu quşlardan ovda istifadə edirdilər. İri şahinlər (laçın, şonqar, qırğılar (bildirçin ovçusu və tetraçalan) və berkutlar ovda istifadə edilən quşlar sayılırdı. Təcrübəli ovçu bir mövsümə berkutla 60 tülkü ovlayır, ən yaxşı ov berkutları isə hətta canavarları da tutur.


Yırtıcı quşların rolu vəhşi təbiətin həyatından çox vacibdir: onlar təkcə xəstə və zəif heyvanları aradan götürən “sanitar” deyil, həmçinin təbiətdəki cəmiyyətin “sağlamlığının” vacib göstəricisidir.


İş burasındadır ki, yırtıcı quşlar yaşadıqları mühitdəki dəyişikliklərə çox həssaslıqla yanaşırlar. Havanın, suyun, torpağın çirklənməsi, gəmiricilərin xəstəlikləri, insanların, texnikanın və nəqliyyatın çoxluğu-bunlar hamısı şahinkimilərin sayının kəskin azalmasına səbəb ola bilər. Ona görə də, harada ki, yırtıcı quşlar çoxdur, əmin olmaq olar ki, təbiətdə hər şey qaydasındadır.


Yırtıcıların çoxu öz adını doğruldur. Onlar iti görmə qabiliyyətləri ilə tapıb tutduqları ən müxtəlif onurğalı heyvanları iti caynaqlarına keçirərək qidalanırlar. Ancaq aralarında molyusk, həşərat, leş, hətta meyvə yeyənlər də var. Yırtıcı quşlar Antarktida və bəzi kiçik adalardan başqa, bütün yer üzünə yayılıblar.


Demək olar ki, bütün yırtıcılar uzun illər boyu cüt yaşayırlar. Erkək və dişi  yumurtadan gözlü və tüklü çıxan balalarını birlikdə bəsləyirlər. Balalar müxtəlif vaxtlarda dünyaya gəlirlər, çünki birinci yumurtadan sonra dişi o biri yumurtalara da kürt yatır. Ona görə də bir  yuvada iri balalarla yanaşı, ən balacaları da olur. Bəzən yem çatmadıqda, böyük bala kiçiyi yeyir. Bu hadisə zooloqlar arasında kainizm adını almışdır.