YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qunduzlar

Gəmiricilər dəstəsi bu “inşaatçı” heyvanla öyünə bilər.


Düzdür, quşlar, həşəratlar və digər başqa heyvanlar da çox gözəl və mürəkkəb “evlər” tikirlər. Ancaq qunduzlar ətraflarındakı təbiəti dəyişir və çox möhtəşəm “binalar” tikirlər. Qunduzlar çox çalışqandırlar. İngilis məsəllərində deyilir: “qunduz kimi çalışmaq”, Şimalı Amerikalı hindlilər isə onları “kiçik meşə adamları” adlandırmışlar.


Qunduzun sürüşkən formalı bədəni, arxa pəncə barmaqlarının arasında pərdələr var. Quyruğu düzdür və tüklü deyil, buynuza oxşar pulcuqlarla, bədəninin qalan hissəsi isə qalın, isti, suda islanmayan xəzlə örtülmüşdür.O, öz xəzinə səliqə ilə qulluq edir, onu darayıb xüsusi piylər sürtür.


Qış qunduzların həyatında ən çətin fəsildir. Onlar budaqları yığıb ehtiyat üçün suyun altında, yaşadıqları yerin yaxınlığında saxlayır və qişda onunla qidalanırlar. Qunduzlar qış yuxusuna getmirlər, bununla belə ən güclü şaxtalarda fəaliyyətsiz olurlar.


Görünür, qunduzların xəzi insanlar dərilərdən istifadə etdiyi vaxtdan qiymətli hesab olunur. XIX-XX əsrin əvvəlində qunduzların sayı azaldığı üçün, qoruqlarda ciddi mühafizəyə alınmışlar. Hətta elə qoruqlar vardır ki, qunduzlar olmadığı yerlərdə belə onların öyrənilməsi, qorunması və yetişdirilməsi ilə məşğuldurlar. Qunduzların çox uzun və nəhəng ağırlığa tab gətirə biləcək qabaq dişləri vardır ki, onların köməkliyi ilə inşaat materialı və yemək tədarük edir. O, üst dişlərini ağacın gövdəsinə dirəyərək, alt dişləri ilə onu kəsir.  


Quruda bu ağır və iri heyvan (çəkisi 30 kq-a qədər) yöndəmsiz və ləng görünür, ancaq suda o, çox cəld və çevikdir. Ona görə də təhlükə yaranan kimi suya qaçır. Burada o, yerüstü yırtıcılar üçün əlçatmaz olur.


Diametri 12 sm olan ağac üzərində qunduz 40 dəqiqə əziyyət çəkir, ancaq bu işi tələsmədən, dincələrək görür. Ağac yerə yıxıldıqda (bu çox vaxt qovaq və söyüd ağacı olur), qunduz məmnuniyyətlə yuxarı cavan budaqların qabığını yeyir, gövdə və qalın budaqlardan isə tikinti üçün istifadə edir.