YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Gövhərağa məscidi

Azərbaycanımızın dilbər guşəsi olan, Şuşada yerləşən Gövhərağa  məscidi 1883- cü  ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış bu dini memarlıq abidəsi  Şuşanın  Cümə məscidi hesab olunur. 


 
Məscidin kvadrat formalı olan ibadət salonuna şimal tərəfdən üçtağlı eyvan birləşdirilməklə Cümə məscidinə düzbucaqlı forması verilib.


 
Əsas fasadın kompozisiyasını tərəflərdən iki minarə və yüksələn dərin eyvan təşkil edir. 


 
Məscid daşdan, minarələr kərpicdən inşa olunub.


Minarələrin silindrik gövdəsi üfüqi kəmərlərlə bölünüb və hər biri də rəngarəng kərpic düzümü ilə bəzədilib.