Ayıdöşəyi
Ayıdöşəyi çiçəkləmək qabiliyyəti olmayan bir bitkidir. Onların böyük, sanki doğranmış kimi yarpaqları və torpağın altında qısa gövdələri var. Ayıdöşəyi sporlar vasitəsi ilə artır. Onlar yarpağın üstündə əmələ gəlir, sonra isə torpağa tökülərək bitirlər. Ayıdöşəyi, əsasən, isti və rütubətli iqlimi olan rayonlarda bitir.
9500-dən çox ayıdöşəyi növü var. Bəzi növləri su kənarında və hətta şəlalələrin axını altında bitir, digərləri isə quraqlığa da tab gətirə bilir. Bəzi ayıdöşəyi növlərini dekorativ otaq bitkisi kimi becərirlər.
07.12.2019