YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dəvəquşu

Dəvəquşu dəstəsinə Afrika savannalarında yaşayan dəvəquşular aiddir. Bu nəhəng quşun hündürlüyü 2,5 m, çəkisi 90-130 kq olur. 


Dəvəquşular, əsasən, ot, yarpaq, meyvə ilə qidalanır. Ancaq həşərat, sürünənlər, xırda heyvan və quşlarıda tuta bilirlər.


Xüsusi quruluşuna görə, dəvəquşuların lələyi yumşaq və uçuş üçün yararsızdır. Qədimdə bu quşları lələklərinə görə ovlayır, ondan qadın geyimlərində, həmçinin yelpik üçün istifadə edirdilər. Bu isə dəvəquşuların sayının azalmasına gətirib çıxardı. Hazırda Afrika və bəzi başqa ölkələrdə dəvəquşularını yarımev şəraitində yetişdirmək üçün fermalar yaradılıb.


Dəvəquşuların ayaqları çox hündür və güclü, qanadları isə qısadır.