YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şondonq mağarası

Şondonq mağarası Vyetnamda yerləşən və dünyanın ən böyük mağarasıdır. 1991-ci ildə yerli əhali tərəfindən kəşf olunmuş bu mağara Foqniya-Kebanq milli parkının ərazisində yerləşir. Yerli əhaliyə məlum olmasına baxmayaraq mağaranın daxilində yerləşən çaydan gələn su axını səsi girişdə çox böyük gurultu yaradır və bu mağaranın vahiməli olmasına səbəb olur. Buna görə də mağaranın rəsmi kəşf tarixi 2009-cu ildir. 2009-cu ilin yazında bir qrup ingilis speleoloqları mağaranın ancaq dörd kilometrlik hissəsini öyrənə biliblər.

 

Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 240 metr, eninin isə 90 metrə çatdığı müəyyən olunub. Buraya 40 mərtəbəli bina asanlıqla yerləşə bilər. Girişi çox böyük olamadığından burada güclü hava axını müşahidə olunur. İlin yağıntılı dövründə isə mağara büsbütün su ilə dolur. Mağara yetərincə qədimdir. Bunu mağarada formalaşan 70 metrlik stalaqmitlər sübut edir. Belə stalaqmitlərin çox olduğu ərazi "Stalaqmit bağı" adlanır. Mağarada yetərincə bitki örtüyü formalaşıb. Bu səbəbdən də mağaraya həşərat və ilanlardan əlavə quşlar və meymunlar da enir. Mağara 2013-cü ildən başlayaraq adam başına 3 min dollar olmaqla bir qrup turist tərəfindən tədqiq olunmuşdur. Mağaranın öz iqlimi, bitki örtüyü olması onu dünya üzərindəki gizli dünyaya bənzədir. Hətta buranı yer üzündəki cənnət də adlandırırlar.