YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Himalay ayısı

Bizim planetdə hündür Himalaya dağları var. Həmin dağ ətəyindəki meşələrdə “Himalay ayıları” yaşayır. Digər adı Asiya qara ayısıdır (lat. Ursus thibetanus).

 

Nazik üzü, böyük qulaqları var. Tüklərinin rəngi qaradır. Himalay ayısının əsas xüsusiyyəti sinəsində olan yaxalığa bənzər ağ ləkədir. Bədənin uzunluğu erkəklərdə 158-171, dişilərdə 128-144 sm-dir. 


Erkəklərin kütləsi 120-150, dişilərin isə 50-125 kq-dır. Pəncələrində iti dırnaqları var. Yaxşı dırmaşa bilirlər. Əsasən giləmeyvə, ağacların yarpaqları və toxumları ilə qidalanırlar.