YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kəpənəklər

Kəpənəkləri başqa həşəratlardan fərqləndirən, hər şeydən əvvəl, əlvan və yaddaqalan rəsmlərdən ibarət dörd iri qanadlarıdır. Qanadların rəng və rəsmi kəpənəklərin əsas əlamətidir və onların 140 min növü hesablanmışdır. Kəpənəklərin qabaq pəncələri qısadır və sıx tellərlə örtülmüşdür. Bu kəpənəklərdə dadbilmə orqanıdır. Sonra ağızın buruq şəkilli xortumcuğu – bu, uzadılmış alt çənədir.

 

İri ölçüdə və əlvan rənglərilə seçilən bəzi növlər ciddi şəkildə mühafizə olunur. Kəpənəklərin qida mənbəyi itdikdə onların özləri də yoxa çıxır. Buna misal olaraq, sürfələri dərman bitkisi olan manjuriya kirkazonunun yarpaqları ilə qidalanan Maak maxaonu kəpənəyini göstərmək olar. İri kəpənəklər kirkazon çiçəyinin nektarını içirlər. Apallon kəpənəyini də nadir kəpənəklərə aid etmək olar.

 

Tozağacı qarışı qanadlarının rəngi və şəklinə görə tozağacının qabığını xatırladır.

 

Tozağacı qarışı kəpənəyinin tırtılı hərəkət etdikdə bədənini ilgək şəklində əyir, sonra isə bədənin arxa hissəsini qarşı hissəyə doğru hərəkət etdirir, elə bil ki, süründüyü budağı qarış-qarış ölçür. Buradan da adının haradan yaranması izah olunur. Tırtıl maskalanma rənginə malikdir. Təhlükə vaxtı o, özünü “quru budağ”a oxşatma pozasını alır.

 

Ayıpəncəsi və ya gicitkən kəpənəyi bütün yer kürəsinin hər yerində yayılmışdır. İyun-iyul aylarında pupdan çıxan bu kəpənəklər qanqalların açıq bənövşəyi və gicitkənin yaraşıqsız çiçəkləri üzərində uçurlar. Onlar qanqalların yarpaqları üzərinə yumurtalar qoyurlar və bu yumurtalardan acgöz tırtıllar əmələ gəlir. Soxulcanabənzər tırtıl cod tüklü olur və yarpaqları yeyərək tez inkişaf edir. 4-5 sm uzunluğa çatdıqda o, hərəkətsiz pupa çevrilərək saplaqlardan asılıdır, həm də onun rəngi onu əhatə edən bitkilərin rənginə uyğunlaşır.

 

Daha az tanınan növlərdən biri də oleandr əyyaşıdır. Bu növün xarici görkəmi və qidalanma tərzi başqa kəpənəklərdən fərqlənir. O, oleandr çiçəyinə uçub yaxınlaşır, havada çiçəkdən 10 sm məsafədə dayanır və öz xortumcuğunu döndərərək düz çiçəyin ortasına sancır. Nektarı sorub o, başqa çiçəyin üzərində asılır, bu vaxt onun qanadlarının vurma tezliyi 200 GHz- yə bərabər olur.

 

Onun qabaq ensiz qanadlarının açılmış vəziyyətdə uzunluğu 11 sm-dir. Arxa qanadlar qabaqdakılardan xeyli balacadır. Onların iri tırtıllarının bədəninin arxasında qalın buynuzaoxşar fırı, yanlardan iki iri “gözləri” ona hücum edən yırtıcıları qorxudur.

 

Çiçəklər üzərinə qonaraq kəpənəklər öz xortumcuqlarını çiçəyin ortasına dərin sancaraq nektarı sorur. Bir çiçəkdən o birisinə qonan kəpənəklər, özlərindən asılı olmayaraq, onları tozlandırırlar.