YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Jerar Depardye

Gérard Depardieu
 
Fransız aktyoru, “Qızıl qlobus” mükafatı laureatı
 
1948-ci il dekabrın 27-də Endr departamentinin Şatrou şəhərində anadan olub. 1965-ci ildə Paris şəhərinə köçüb. 1966-cı ildə məşhur teatr müəllimlərindən olan Jan Loran Koşenin aktyorluq kursuna daxil olub. Karyerası ərzində 1967-ci ildən indiyədək 180-dən çox filmdə çəkilən Jerar Fransanın öndə gedən aktyorlarından birinə çevrilib. Bu filmlərin bir çoxu Fransa kinosunun inciləri sırasına daxil olub. 1991-ci ildə “Qızıl qlobus”, 1981 və 1991-ci illərdə isə “Sezar” mükafatına layiq görülüb. Fransızlar onu ölkənin ən böyük dəyərləri sırasına daxil edərək “Bizim ümummilli Depardyemiz” adlandırırlar. 
 
Depardye aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, çoxsaylı şərab təsərrüfatlarının və Parisdə iki restoranının sahibidir.
 
2013-cü il yanvarın 3-dən Rusiya vətəndaşlığını qəbul edib.