YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mayakovski Vladimir Vladimiroviç

Маяковский Владимир Владимирович
 
Rus şairi, dramaturq, film və teatr aktyoru
 
1893-cü ildə Gürcüstanın Bağdadi kəndində anadan olub. 
 
1900-cü ildə Kutaisi Liseyində ilk təhsilini alıb.
 
Moskvaya köçdükdən sonra marksizm və sosializmə meyl salıb. Bu görüşlərinə görə 1908-ci ildə həbs edilib. Həbsdən buraxıldıqdan sonra Moskva Rəsm və Heykəltəraşlıq Məktəbinə daxil olub. 
 
1914-cü ildə Birinci Dünya Müharibəsində iştirak edib. “Oktyabr çevrilişini” coşqu ilə qarşılayıb.
 
Ümumilikdə 35 qəzet və 57 jurnalda yazıları dərc edilən şair yazdığı bəzi məqalələrinə görə İngiltərəyə və Amerika Birləşmiş Ştatlarına girişi qadağan olunub.
 
1930-cu il aprelin 14-də Moskva şəhərində həyat yoldaşı Lili Briki və ailəsini Sovet Sosialist Respublikası hökumətinə əmanət etdiyini bildirən bir məktub yazaraq şəxsi silahı ilə intihar edib.
 
Nəşi krematoriyada yandırılıb. Külü bir müddət Yeni Donetsk qəbiristanlığında saxlanılıb, 1952-ci il mayın 22-də Novodeviçe qəbiristanlığında basdırılıb.
 
Ölümündən sonra adı doğulduğu kəndə verilib.