YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Maqomayev Müslüm Məhəmməd oğlu

Görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar
 
1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.
 
Görkəmli musiqiçi və dirijor Əbdül Müslüm Maqomayevin nəvəsidir.
 
Atası Məhəmməd Maqomayev Böyük Vətən Müharibəsində qələbəyə 15-gün qalmış həlak olub. 
 
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Burda Çenarro Barro, Enriko Pyatsa kimi korifeylərdən dərs alıb.
 
Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.
 
1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib.
 
1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Bir il sonra Sopot şəhərində (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
 
1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib.
 
“İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib və həmin tamaşada knyaz İqor rollunu ifa edib.
 
2008-ci il oktyabrın 25-də işemik ürək xəstəliyindən vəfat edib. Bakıdakı Fəxri Xiyabanda babası Əbdül Müslüm Maqomayevlə yanaşı dəfn olunub.
 
Mükafatları:
Azərbaycan SSR əməkdar artisti (1964),
“Qırmızı Əmək Bayrağı” Ordeni (1971),
Azərbaycan SSR xalq artisti (1971),
SSRİ xalq artisti (1973),
“Xalqlar Dostluğu” Ordeni (1980),
“Şöhrət” Ordeni (1997),
“İstiqlal” Ordeni (2002).