YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çəmənliklər

Çəmənliklər meşələrin inkişafı üçün çox quru olan, lakin həmin yerin səhraya çevrilməməsi üçün kifayət qədər yağıntılı yerlərdə əmələ gəlirlər. Demək olar ki, Yer kürəsinin quru sahəsinin yarıdan çoxunun üzəri çəmənliklə örtülmüşdür. Çəmənliklər müxtəlif növ heyvanların yaşamasına imkan verdiyi halda, ərazisinin böyüklüyü iri, yırtıcı heyvanlardan az müdafiə təmin edə bilir.


Tropik çəmənliklər


Savanna adlandırılan tropik çəmənliklər üçün ilin sərt şəkildə quru və yağışlı mövsümə ayrılmaları xarakterikdir. Bütün il ərzində isti olmasına baxmayaraq, yağıntı yalnız ilin altı-səkkiz ayını əhatə edir. Quraqlıq zamanı yanğın düşmə ehtimalına baxmayaraq, bu savannanın canlanması üçün daha yaxşıdır.


Savanna ağacları


Savanna ağaclarının yarpaqları və kiçik budaqları otyeyən heyvanlar, məsələn zürafələr üçün əhəmiyyətli qidadır. 


Gepardlar savanna otları arasında mükəmməl gizlənə bilirlər.


Mülayim qurşaqda yerləşən çəmənliklər


Mülayim qurşaqda yerləşən çəmənliklər (Amerikada preriya-çöl) isti yay və soyuq qışı ilə xarakterizə olunur. İl ərzində yağıntı düşməsinə baxmayaraq, bu ağacların və kolların inkişafı üçün olduqca azdır. Lakin buranın zəngin torpağı otlar arasında müxtəlif növ yabanı bitkilərin bitməsi üçün çox münasibdir.


Vəhşi bizonlar fermerlər tərəfindən çöllərin kənd təsərrüfatı məqsədilə otlaqlara və taxıl zəmilərinə çevrilməsi ilə iribuynuzlu mal-qarayla əvəzləndi.


Qırğılar Amerika çölləri üzərində süzür və küləyi iyləyərək yemək üçün ölmüş heyvan leşi axtarırlar.


Düzənliklərdə həyat


Preriyalardakı böyük həcmdəki ot dünyanın zürafə, fil və kərgədan kimi iri otyeyən heyvanlarının əsas qida mənbəyidir. O, həmçinin kiçik heyvanlar üçün gizlənəcək yer, yırtıcılar üçün isə şikarlarını pusqu üçün sığınacaqdır.


Bir çox kiçik heyvanlar deşiklərdə yaşayırlar. Bu onları günün istisindən və soyuq gecələrdən qoruyur və yırtıcılardan qorunmağa kömək edir. Bəzi heyvanlar başqaları tərəfindən qazılmış yuvalarda gizlənirlər.   


Otyeyən heyvanların çoxu sürü halında yaşayır ki, bu da onlara yırtıcılardan qorunmağa imkan verir. Onlar qaçmaq üçün uzun ayaqlara və çeynəmək üçün iti dişlərə malikdirlər. Otyeyən heyvanlar quraqlıq dövründə təzə yem tapmaq üçün uzun məsafə qət etməyə məcbur olurlar. 


Yırtıcılar qida əldə etmək üçün gizlənirlər. Adətən, sürü şəklində pusqu quraraq heyvanı sürüdən ayırır və ya digər yırtıcıları qorxudurlar. 


Otlar çiçəkləyən bitkilərin ən böyük ailələrindən biridir. Onlar köklərində qida maddələrini ehtiyat şəklində saxlaya bildikləri üçün quru şəraitə yaxşı uyğunlaşırlar. Yarpaqlar çox aşağıdan inkişaf etdiyi üçün köklərinə toxunulmadığı halda heyvanlar tərəfindən dişləndikdə sağ qala bilirlər. Onların xırda gülləri həşəratlardan daha çox küləklə tozlanır. 


Tülküquyruğu otunun tikanlı toxumları keçən heyvanlara yapışaraq yayılır.


Bizon otu qısa, soyuğadavamlı otdur. Şimali Amerikanın çöllərində rast gəlinir. 


Spinifeks-triodia kimi tanınan bu qabarıq ot Avstraliyada bitir.


Buğda-taxıl bitkiləri ilk vaxtlar insan üçün becərilən yabanı bitkilər idi.


Faktlar


Fil otu 8 m hündürlüyə qədər filin gizlənə biləcəyi hündürlüyə qədər boy atır.

 

Gepardlar çox güman ki, Asiyada inkişaf ediblər. 20 000 il əvvələ qədər onların əcdadları yalnız Afrikada deyil, həm də Avropa, Hindistan, Çin və Şimali Amerikada geniş yayılmışdır. Onlar son buz dövründən sonra bir çox ərazilərdə yoxa çıxmışlar. 


Ağacların olmaması, quşların yuvalarını deşiklərdə qurmağa məcbur olması deməkdir. Çəmənliklərə Antarktikadan başqa, bütün qitələrdə rast gəlinir.