YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Vidadi Molla Vəli

Azərbaycan şairi
 
1707-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub.
 
Əvvəl Şəmkirdə, sonra isə Qazaxın Poylu kəndində təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Şıxlı kəndində mirzəlik və məktəbdarlıq edib. Gürcü çarı II İraklinin katibi vəzifəsində işləyib. 
 
Molla Vәli zöhdü tәqva әhli olub, vaxtının çoxunu ibadәtdә keçirib. Həm əruz, həm də heca vəznlərində şeirlər yazıb. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.
 
Şairin “Dəli könül, gəl əylənmə qürbətdə”, “Ey həmdəmim, səni qana qəra eylər, “Xəstə düşdüm, gələn yoxdur üstümə” kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı ön plandadır. “Müsibətnamə” əsərini Şəki xanı Hüseyn xan Müştaqın faciəli ölümünə həsr edib.
 
Vidadi realist təsvirə meyil edən şairlərdən olub.
 
1809-cu ildə Şıxlı kəndində vəfat edib və Gəmiqaya adlanan yerdə dəfn edilib.