YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Axundzadə Mirzə Fətəli

Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundzadə
 
Azərbaycan dramaturgiyasının banisi, Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim
 
1812-ci ildə Nuxa (Şəki) şəhərində anadan olub.
 
1814-cü ildə ailəsi ilə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olub və bir il burada təhsil alıb. 1834-cü ildə Tiflisə geib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
 
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunub. 1873-cü ildə ona hərbi rütbə - polkovnik rütbəsi verilib. Bədii yaradıcılığa şeirlə başlayan Axundzadə (“Səbuhi” təxəllüsü ilə) Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsi hesab edilir. 
 
1878-ci ildə Tiflis şəhərində vəfat edib və Tbilisi Botanika Bağında yerləşən müsəlman məzarlığında dəfn olunub.
 
Məşhur əsərləri
“Puşkinin ölümünə Şərq poeması” (1837);
“Hekayəti-Molla İbrahimxəlil-kimyagər (1850)”;
“Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah-cadükuni məşhur” (1850);
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1850);
“Hekayəti-Xırs-Quldurbasan” (1851);
“Sərgüzəşti-mərdi-Xəsis (Hacı Qara) (1852)”;
“Mürafiə vəkillərinin hekayəti” (1855);
“Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)” (1857);
Nəzm və nəsr haqqında (1862);
Tənqid risaləsi (1862);
Kəmalüddövlə məktubları (1865).