Bataqlıq tısbağası
Bataqlıq tısbağası bataqlıqlarda, lilli dibi və maili sahili olan su hövzələrinin sahillərində yaşayırlar. Tısbağalar belə sahillərdə günəş altında qızınırlar. Onlar suya yaxşı baş vurur və cəld üzürlər. Tısbağaların görmə və eşitmə qabiliyyəti yaxşıdır.
Onlar həşaratları və onların sürfələrini, qurdları, molyuskaları, xəstə balıqları tuturlar. Göllərin dibində, lilin içində qışlayırlar. May ayında sahildə arxa ayaqları ilə quyu qazıb 5-10 yumurta qoyurlar. Payız zamanı yumurtalardan tısbağa balaları çıxır və özlərinə yol açırlar. Burada onlar qışlayır, yazda isə üzə çıxırlar.
10.06.2023