YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Obama Barak

Barack Hussein Obama
 
Barak Hüseyn Obama
 
Amerikanın 44-cü prezidenti.
1961-ci ildə ABŞ-ın Havay ştatının paytaxtı Honolulu şəhərində anadan olub. Atası keniyalı, anası isə ağ dərili amerikalıdır. 1976-1980-ci illərdə İndoneziyada yaşayıb, 1980-ci ildə Havay ştatına qayıdıb və burada orta məktəbi bitirib. Bundan sonra Los-Ancelesin Qərb kollecinə daxil olan Obama oranı Kolumbiya universitetinə dəyişib. 1983-cü ildə Kolumbiya universitetini “Beynəlxalq münasibətlər” ixtisası üzrə bitirən Barak Obama daha sonra Harvard universitetinin Hüquq məktəbinə daxil olub.
 
Obamanın siyasi karyerası 1997-2004-cü illərdə Demokratlar partiyasını təmsil etdiyi İllinoys ştatının senatından başlayıb. 2004-cü ildə demokratların milli qurultayında siyasi həyatı yeniləmək barədə çıxışından sonra geniş şöhrət qazanan siyasətçi 2005-ci ilin yanvarından 2008-ci ilin noyabr ayına qədər İllinoys ştatından ABŞ konqresinin senatoru postunu tutub.
 
2008-ci ildə ABŞ Prezidenti seçilən Barak Obama bu vəzifəni tutan ilk Afrika əsilli amerikalı olub. Prezidentliyi dövründə böhranın aradan qaldırılması üzrə Amerikanın avtomobil sənayesinin qorunması və milyonlarla iş yerinin saxlanılmasına yönələn iqtisadi plan irəli sürüb, həmçinin tibbi sığorta sistemində islahatlar aparıb.
 
2012-ci ildə ikinci müddətə Prezident seçildikdən sonra ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması təşəbbüsünü irəli sürüb, eyni zamanda elmə, innovativ texnologiyalara və təhsil sahəsinə vəsait qoyulması planını təklif edib. 2009-cu ildə Nobel Sülh mükafatı laureatı olub. Forbes jurnalının versiyasına görə 2009, 2011 və 2012-ci illərdə dünyanın ən nüfuzlu insanları siyahısına başçılıq edib.
 
“Atamın arzuları” (Dreams from My Father), “Ümidlərin cəsarəti: Amerika arzusunun yenidən qurulması barədə düşüncələr” (The Audacity of Hope: Thoughts on Reclaiming the American Dream) və uşaqlar üçün toplu olan “Sizlərə həsr edirəm: qızlarıma məktub” (Of Thee I Sing: A letter to My Daughters) kitablarının müəllifidir.