YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Naftalan nefti

Naftalan nefti
 
Güclü müalicə xüsusiyyətlərinə malik, qatı, spesifik ətrə malik neft
 
Naftalan şəhəri yaxınlığındakı yataqlardan çıxarılır.
 
Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid kənar yumşaq toxumaların müalicəsində tətbiq olunur.
Rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlayır. Həmin məlhəm onu oddan qoruyur. Bu, Naftalan nefti imiş.
 
Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə zəvvar buradan Naftalan nefti aparar və onun köməyi ilə müalicə olunardılar. Naftalan nefti ilə dolu tuluqlarla yüklənmiş dəvələr uzun illər ərzində Şərq ölkələrinə gedən karvanların bir hissəsini təşkil edirdi.
 
1887-ci ildə Yeqer familiyalı bir alman mühəndisi “Naftalan” adlı məlhəm istehsal etməyə başlayır və onu dünyanın bir sıra ölkələrinə satır.
Deyilənlərə görə, Rusiya-Yaponiya müharibəsi zamanı yapon əsgərləri çantalarında içərisində Naftalan nefti olan kiçik qablar gəzdirirmişlər. Həmin qabların üzərində qısa, çox ümidverici bir cümlə yazılmışdı: “Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”.
 
Naftalanda dünyada analoqu olmayan bir muzey yaradılıb. Muzeyin eksponatları Naftalan nefti ilə müalicə olunmuş xəstələrin lazımsız əşya kimi atdıqları qoltuq ağaclarından ibarətdir.