Badam
Lat. Prunus dulcis
Gavalı cinsinə aid kol və ya kiçik ağac
Mart-aprel aylarında çiçək açır, meyvələri iyun-iyul aylarında yetişir.
Ona Krımda, Asiyada, Qafqazda, Tyan-Şan və Himalay dağlarında rast gəlmək olar. Badam çınqıllı, daşlı dağ yamaclarında bitir. 130 il yaşaya bilər.
Şirin badamın toxum ləpəsi maqnezium, zülal, mis, fosfor, dəmir, sink, B və E vitaminləri ilə zəngindir. Tərkibində 40-60 faizə qədər yağ olur.
Badam yağı qida, ətriyyat və əczaçılıq sənayesində istifadə edilir.
Dünyada bu bitkinin 40-a yaxın növü məlumdur.
31.03.2017