YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balet

Balet adətən teatrda göstərilən rəqs tamaşasıdır. İlk belə tamaşalar İtaliyada XV əsrdə yaranmışdır, amma bizim indi gördüyümüz vəziyyətdə olan balet Fransada yaranmışdır. Ənənəvi, klassik baletdə ciddi qaydalar mövcuddur. Əl və ayaqlar üçün müəyyən vəziyyətlər və hərəkət ardıcıllığı vardır ki, rəqs onlardan ibarət olur. 

 

Klassik balet tamaşalarında parlaq, rəngarəng kostyumlardan və dekorasiyalardan istifadə olunur, musiqini isə bütöv bir orkestr ifa edir. Baletlərin çoxu süjetə malikdir, artistlər heç bir söz deməsələr də, fikri hərəkətlə başa salırlar. Bəstəkar Adolf Adam nakam məhəbbətdən ölən gənc kənd qızının faciəli taleyi haqqında məşhur “Jizel” baletini yazır. Əsər ilk dəfə 1841-ci ildə səhnəyə qoyuldu. Rus bəstəkarı P.İ.Çaykovski bütün dünyada məşhur olan “Sonalar gölü” (1890) və “Şelkunçik” (1892) baletlərinin müəllifidir. 

 

Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun və digərlərinin yaratdıqları balet əsərləri bütün dünyada məşhurdur. 

 

Müasir balet klassik baletdən çox vaxt fərqlənir. Müasir baletdə ən müxtəlif rəqs stillərindən olan hərəkətlərdən istifadə olunur. Bəzən onda heç bir süjet olmur və rəqs sadəcə olaraq, müəyyən əhvali-ruhiyyəni göstərir.