YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Raket

Atəşfəşanlıq üçün istifadə olunan raketlə insanı Aya aparan raket eyni bir prinsip əsasında işləyir. Hər iki raketdə tezalışan maddələr yanaraq vahid zaman ərzində yanan qazlar əmələ gətirir. Bu qazların şirnağı dala buraxılır və raketi irəliyə itələyən qüvvə yaradır. Reaktiv təyyarələrdən fərqli olaraq uçuş üçün raketlərə hava lazım deyil və bu, onlara havasız kosmik fəzada- vakuumda hərəkət etməyə imkan verir.

 

Raketlərdən bir silah kimi Çində hələ XIII əsrdə istifadə etməyə başlayıblar. Süni peykləri və kosmik gəmiləri göyə müasir raketlərin köməyi ilə buraxırlar ki, bunları da İkinci Dünya müharibəsindən sonra yaradıblar. Onların hamısı çoxpilləlidir, başqa sözlə desək, hər bir kosmik raket birləşdirilmiş bir neçə raketdən ibarətdir. Raketin hər bir pilləsi yanıb qurtararaq raketdən ayrılandan sonra yeni pillə işə düşür.

 

İkinci Dünya müharibəsi dövrünün “Fau-2” kimi ilk alman raketləri üçün yanacaq oksigenlə ağ neftin qarışığından ibarət idi. Müasir raketlər hidrazin adlanan maye yanacaq və ya maye hidrogenlə işləyirlər. Maye yanacağın yanması üçün oksigen tələb olunur. Onu və maye yanacağı ayrı-ayrı çənlərə tökürlər. 

 

Oksigen və maye yanacaq yanma kamerasına püskürdüləndə, onlar ani olaraq alışır və bu zaman ayrılan qazlar yüksək təzyiq altında ucluqdan çıxaraq kosmik gəmini irəli itələyirlər.