YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Buxar maşını

Qaynayan su buxara çevrilir. Buxar yarandığı suyun tutduğu yerdən 1700 dəfə böyük olan yeri tutur. Beləliklə, əgər buxarı kiçik bir qaba doldursaq, onda buxar qabın divarlarına təzyiq göstərməyə başlayacaq. Əgər bu zaman qabın bir divarını hərəkətli etsək, buxarın təzyiqi onu bayıra itələməyə başlayacaq.

 

1700-cü ildə britaniyalı ixtiraçılar, məsələn, Tomas Nyukomen ilk buxar maşınlarını yaradan zaman buxarın bu xüsusiyyətindən istifadə etdi. Nyukomenin mühərrikində su sobaya bərkidilmiş qazanda buxara çevrilirdi. Buxar şırnağı silindrin içində yerləşdirilmiş porşeni yuxarı itələyirdi. Buxar soyuyaraq yenidən suya çevrilir, havanın təzyiqi isə yenidən porşeni aşağı sıxırdı. Nyukomenin maşınından su basmış şaxtalardan suyu çəkmək üçün istifadə olunurdu.

 

Ceyms Uatt daha güclü buxar mühərrikini yaratdı. Onun mühərrikində buxar porşeni əvvəl bir, sonra isə digər üsulla itələyirdi. Porşedən çıxan linglər təkəri hərəkətə gətirirdi. XIX əsrin əvvəllərində belə maşınlar artıq ağır yükləri atlardan tez və daha uzağa aparırdılar.

 

Buxar mühərrikləri fabrik maşınlarını və dəzgahlarını yaratmağa imkan verdilər, bu maşınlar olmadan sənaye inqilabının baş verməsi mümkün olmazdı. 

 

Buxar mühərrikləri sayəsində paroxodlar və parovozlar da meydana çıxdılar. Tezliklə buxar maşınları daxili yanacaq mühərrikləri tərəfindən sıxışdırıldı, amma buxar şırnağı bu gün də gəmi vintlərini və elektrostansiyaların generatorlarını fırladır və turbin adlandırılan çarxları hərəkətə gətirir.