YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ay

Ay- Yer planetinin ətrafında fırlanan böyük təbii peykdir. Yerin ancaq bir təbii peyki, amma bizim Günəş sistemində olan digər planetlərin isə çoxlu peykləri var. Məsələn, Yupiterin 28 peyki var. Bizim Ay Yerin kosmosda ən yaxın qonşusudur. Ay planetimizin ətrafında öz orbiti üzrə hərəkət edərək heç vaxt 356400 km-dən çox yaxına gəlmir. 

 

Ayın sürəti 3660 km/saat-dır və o, Yerin ətrafında 27 sutka 8 saat müddətində dövr edir. Yəqin ki, Ay elə Yerin yarandığı dövrdə yaranmışdır, amma onun səthində olan dağ süxurları  Yerin səthində olan süxurlardan daha yaşlıdır, çünki 4000 milyon il ərzində Ayda heç bir dəyişiklik baş verməmişdir. 

 

Ay havanın  və suyun olmadığı quru və cansız bir aləmdir. Onun cazibə qüvvəsi  Yerin cazibə qüvvəsinin altıda-birini təşkil edir, amma Ayın qravitasiya qüvvəsi bizə hər gün təsir göstərir. 

 

Okeanlarda olan qabarmaları və çəkilmələri törədən məzh ayın cazibəsidir.