YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qəsr

Qəsrlər orta əsrlərdə hökmdarların və zadəganların tikdikləri möhkəmləndirilmiş istehkam xarakterli evlərdir. Qəsrin qalın divarları arxasında onun sahibi və bütün sakinləri özlərini təhlükəsizlikdə hiss edir, quldurların hücumlarını çox asanlıqla dəf edə bilirdilər və ya düşmən ordusunun uzun sürən mühasirəsinə dözə bilirdilər. Bəzi qəsrlərdə indi də adamlar yaşayırlar, amma onların çoxu artıq uçub dağılmışlar.

 

İlk qəsrlər təqribən 980-ci illərdə tikilmişdir. Onları adətən, təpənin üstündə tikir və ətrafında dərin xəndək qazırdılar. Bir çoxlarında daş qüllə qəsrin ən təhlükəsiz yeri hesab edilir. Zaman keçdikcə yaşamaq üçün qəsrləri böyük və rahat tikməyə başladılar. Əvvəllər insanlar ancaq qüllədə yaşayırdılar, amma tədricən qəsrlərin divarlarında balaca "kəndlər" yaranmağa başlandı.

 

Yaxşı möhkəmləndirilmiş orta əsr qəsrini tutmaq heç də asan deyildi, buna görə bütöv bir hərbi elm yaradılmışdı. Qoşunlar qəsrin sədlərinə təkərli hündür mühasirə qüllələrinin köməyi ilə hücuma keçirdilər. Divarları və tikililəri dağıtmaq üçün nəhəng kapatulların köməyi ilə ağır daşlar atırdılar. Oxçular qəsrin müdafiəçilərini divarları tərk etməyə məcbur etmək üçün oxları yağış kimi yağdırırdılar, qalan hücumçular isə bu zaman divara dayanmış nərdivanlarla yuxarı dırmaşırdılar.