YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İmpressionizm

XIX əsrin 60-cı illərində Fransada bəzi rəssamlar yeni üsullarla rəsm çəkməyə başladılar. Onlar emalatxanada işləmək əvəzinə açıq havada rəsm çəkməyə üstünlük verir, böyük tarixi hadisələri təsvir etmək əvəzinə təbiəti və gündəlik həyat səhnələrini çəkir, hiss olunmayan və dəyişən işıq effektlərini təsvir etməyə çalışırdılar. 

 

1874-cü ildə bir qrup rəssam Parisdə sərgi təşkil etdi. Onların əsərlərini ələ salıb güldülər. Qəzetlərdən biri Klod Monenin(1840-1926) 1872-ci ildə yaratdığı “İmpression: Sunrise” ( İngilis dilində “Təəsürat: Günəşin çıxması” deməkdir) əsəri haqqında istehza ilə yazmışdı. Beləliklə, bu qrup “impressionistlər” adını aldı.” Amma az bir vaxtdan sonra insanlar impressionistlərin canlı manerasını qəbul etdilər. Monedən başqa Eduard Mane (1832-1883), Kamil Pisarro (1830-1909), Edqar Deqa (1834-1917), Alfred Sisley (1839-1899) və Pyer Oqyust Renuar (1841-1919) aparıcı impressionist idilər.