Xəbərlər

Bakı Avropa Liseyində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 12-də Bakı Avropa Liseyində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. 


AZƏRTAC xəbər verir ki, tədbirdə məktəblilərə Heydər Əliyevin həyat yolu və dövlət quruculuğunda fəaliyyəti barədə məlumat verilib. Şagirdlər Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.


Tədbirdə  ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən qısa videoçarxlar nümayiş etdirilib.


Ulu Öndərin Azərbaycan üçün xidmətlərindən danışan liseyin direktoru Zülfiyyə Veysova bildirib ki, dahi dövlət xadiminin müasirləri kimi onun fəaliyyətinin canlı şahidi olmaq böyük şərəfdir. “Xalqımızın xilaskarı ilə görüşmək mənə nəsib olduğu üçün özümü ikiqat xoşbəxt hesab edirəm”, - deyə o qeyd edib.