Xəbərlər

Yeni il mövzulu müsabiqəmizin qalibləri mükafatlandırılıb

Dekabrın 29-da Uşaq Bilik Portalının instagramda yeni il mövzusunda  keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb. 
Müsabiqə boyunca Azərbaycanın müxtəlif bölgələrindən olan bacarıqlı uşaqlar öz əl işlərini portalımıza təqdim ediblər. Əl işləri arasında rəsmlər, suvenirlər və oyuncaqlar yer alıb. 

 

Nəticələr  əl işlərinə gələn bəyənmə sayına müvafiq olaraq hesablanıb və dekabrın 28-də Instagramda elan olunub. 

 

Yarışmada üç qalib yer nəzərdə tutulsa da, müsabiqənin gedişində sonradan dəyişiklik edilərək  4-cü həvəsləndirici  yer də verilib. 

 

Birinci yeri Aydan Məmmədzadə, ikinci yeri Murad Əliyev, üçüncü yeri Aysu Rzayeva, dördüncü yeri isə Hüseyn Tağıyev tutub.


Mükafatlandırma dekabrın 29-da AZƏRTAC-da keçirilib.


Bütün uşaqları təbrik edir, Hüseyn balamıza isə tezliklə şəfa tapmasını arzu edirik.