Təbiət

Qadın dodağı – Psixotriya

Cənubi Amerikanın tropik meşələrinin rütubətli ərazilərində nadir, qəribə və maraqlı bitkilərə rast gəlinir. Onlardan biri də psixotriyadır. 


Bu çiçək haqlı olaraq dünyanın ən zərif çiçəyi statusunu daşıyır. El arasında al-qırmızı rənginə və görünüşünə görə onu "qadın dodağı", "öpüş çiçəyi", "gül dodaqları" və s. adlandırırlar. Psixotriya suyu və istini sevən tropik bitkidir, çiçəkləri ağ və ya sarı rəngdə olur. Psixotriyanın hündürlüyü öz vətənində 2 metrə (nadir hallarda 5 metr) çatır. Onun yaşıl yarpaqları damarcıqlı və hamardır. 


Vətəni Mərkəzi və Cənubi Amerikanın tropik meşələridir.


Psixotriya bu gözəlliyi ilə öz əsas tozlandırıcıları olan kəpənək və kalibrləri cəlb edə bilir. 


Son illər o, dekorativ bitki həvəskarları arasında böyük populyarlıq qazanıb və dünyanın bir çox ölkələrində otaq bitkisi kimi becərilir. Psixotriya Qırmızı kitaba düşüb.