Təbiət

Dəniz lələkləri

Dəniz lələkləri bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub canlıdır.


Dəniz lələklərinin 14 fəsiləsi, mövcud 35 cinsi və qeydə alınmış 450 növü var. Onlar dəniz səviyyəsindən 6100 m dərinlikdə tropik və ilıq sularda yaşayır, buynuzlu mərcan polipləri ilə birlikdə səkkizşüalılar yarımdəstəsində qruplaşır. Lələyə bənzər görünüşə və keçmişdə istifadə edilən quş tükündən qələmlərə bənzədiyinə görə, onlara dəniz qələmi adı verilib. Ancaq günümüzdə dəniz lələklərindən sadəcə Subselliflorae yarımqrupu lələyə bənzəyir. Bu yarımqrupdan daha geniş yayılmış Sessiliflorae yarımqrupu isə tüklərdən yoxsuldur və daha çox halqaya bənzəyir. 


Dəniz lələklərinə Aralıq dənizi və Atlantik okeanında rast gəlinir.  Əsas xüsusiyyəti qaranlıqda parıldaya bilirlər.


Digər heyvanlardan fərqli olaraq dəniz lələkləri hərəkətsiz canlılar olsa da, lazım olan zamanlarda yerini dəyişdirə bilir. Ancaq hərəkətləri çoxda aktiv deyil və su axıntısından asılıdır. Bunun sayəsində axıntıya məruz qalmış planktonları yeyər və ölməzlər.