Təbiət

Portuqaliya gəmiciyi

Portuqaliya gəmiciyi və ya adi fizali (Portuguese man o' war-Physalia physalis) okean hidroidlərinin Fizali cinsinə aid heyvan növüdür. Atlantik, Hind və Sakit Okeanında yaşayır. Onlar dünyanın ən təhlükəli dəniz anası növlərindən biridir.

 

Portuqaliya gəmiciyinin dalayıcı hissəsi zəhərlidir. Zəhəri o qədər güclüdür ki, balıqları, nadir hallarda isə insanları öldürə bilir. Görünüş etibarı ilə dəniz anasına bənzəsə də, Sifonoforlar- yəni, hidroidlər sinfinə aid sərbəst üzən dəniz heyvanları dəstəsindəndir. Canlının adı XVIII əsrdəki silahlanmış döyüş gəmisinin adından götürülüb. Heyvanın suyun üstündə qalan, hava yastığına bənzər şəffaf hissəsi mavi, bənövşəyi, çəhrayı rənglərdə olub, dəm qazı ilə doludur. Dəm qazı ilə dolu hissə qovuğun 14 faizini təşkil edir. Qalan hissəsi isə nitrogen, oksigen, arqon-hava qazlarıdır.

 

Atlantik Portuqaliya gəmiciyi suyun səthində üzür.  Suyun altında qalan dalayıcılar isə 9-30 sm olub uzunluğunda, bəzən 50 sm-ə çata bilir. Bu incə kök şəklindəki uzantılar nematosist zəhəri ilə örtülüdür. Qida tapmaq üçün ilıq okean sularında yalnız, bəzən isə 1000 və daha artıq qrup halında üzərlər. Hava yastığı şəklindəki görünüşü sayəsində suyun səthində küləyin təsiri ilə irəliləyir. Canlının dalayıcıları insan dərisinə təmas etdikdə qamçı izinə bənzər nazik, yanıq bəzən isə açıq yaralara səbəb olur.

 

Portuqaliya gəmiciyi ətyeyən canlıdır. Əsasən kiçik balıq və planktonlarla qidalanır.

 

Bu heyvanın da öz düşməni var. Ən təhlükəli düşməni sini çanaq tısbağadır (Caretta caretta). Tısbağanın dərisi, dili və boynu qalındır. Buna görə də zəhər onun dərisinə nüfuz edə bilmir.