Şeirlər

Xanımana Əlibəyli. “Xarrat”

Bax, bu oğlan Yaşardır,
Əlindəki mişardır.
Mişarı yaxşı tanı,
Odur kəsən taxtanı.
Əlinə alıb mişar,
Taxtanı kəsdi Yaşar.
Sonra çağırdı: – Rəndə,
Gəl kömək elə sən də.
Bu işi vuraq başa.
Çəkdi onu taxtaya,
Qıvrılaraq talaşa
Yıxıldı taya-taya.
O çalışdı o ki var,
Taxtalar oldu hamar.
Dedi bacısı Sevil:
– Sən xarratsan elə bil
Həm qoçaqsan, həm zirək.
Düzəlt bir yaxşı nənni,
İçində yelləndirək,
Bacımız Yasəməni.