Təbiət

Braziliyanın qozbel böcəyi

Braziliyanın qozbel böcəyi (Bocydium globular) kiçik həşərat növüdür. Digər həşəratlardan fərqi, bel nahiyəsindəki çıxıntılardır.


Onlar buynuz, çəngəl, top, müxtəlif şəkillərdə ola bilər. Bu "çıxıntılar" bəzən həşəratın ölçüsündən daha böyük olur və qoruyucu funksiyanı yerinə yetirir. 


Belə ki, böcək kənardan qorxunc görünüb yırtıcıları qorxudur. Bu böcəklər bitki şirəsi ilə qidalanır.


Dünyada təxminən 3200 növ qozbel böcək qeydə alınıb. Qozbel böcəklər Antarktida xaricində dünyanın hər tərəfində geniş yayılıb. Onların əksəriyyəti Cənubi Amerika tropik meşələrində yaşayır. Avropada bu böcəyin yalnız 3 növü qeydə alınıb.


Belində əmələ gəlmiş böyük çıxıntılara baxmayaraq, böcəklər uça bilir, lakin, uçduqları məsafə bir neçə metrdir, çünki böcəklər gününün yarısını bitki üzərində oturaraq şirə çəkməklə keçirir. Bu, onların əsas qida mənbəyidir.