Təbiət

Kiçik kartof insanlar: Çinin qırxma çiçəyi

Elmdə Çinin qırxma çiçəyi (Fleeceflower) -“Polygonum multiflorum Thunb” kimi tanınır. Şərqi Asiya ölkərində yetişən bitki adətən miniatür bir insanı xatırladır. İlk dəfə görənlərin qorxmasına səbəb olur. Heç bir bitki Polygonum multiflorum Thunb kimi bu qədər insana bənzəmir. Bitki yerkökü kimi yer altında bitir.

 

Çin əfsanəsinə  görə, Tan sülaləsindən sonsuzluqdan əziyyət çəkən bir kişi qırxma çiçəyindən müalicə tətbiq etməklə həm sağalır, həm də ömrünün uzanmasına nail olur.

 

O zamandan bəri, bitki sehrli sayılır və Çinin ənənəvi dərmanı hesab edilir. Erkən yaşlanma, yoluxucu xəstəliklər, angina, ürək xəstəlikləri və digər xəstəliklərlə mübarizədə kömək edir. Bitkinin kökləri qurudulur və sonra toz halına gətirilir. Çinlilərin fikrincə, bitkidən daimi istifadə insan həyatını 256 ilədək uzatmağa qadirdir.